ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukraynadan olan daha bir qrup uşağın yaxınları ilə birləşdirilməsinə yardım edib.
Onun ofisinin yaydığı məlumata görə, Melaniya Tramp beşinci dəfədir ki, müharibədən zərər çəkmiş ukraynalı və rusiyalı uşaqların ailələrinə qovuşmasına vasitəçilik edir. Bu dəfə ümumilikdə beş uşaq doğmalarına təhvil verilib.
Birinci ledi bildirib ki, nümayəndələri ilə birlikdə uşaqların ailələrinə və yaşadıqları icmalara təhlükəsiz qaytarılması üçün Rusiya və Ukrayna hökumətləri ilə işi davam etdirir.
Melaniya Tramp vurğulayıb ki, diplomatiya və sülhyaratma səyləri mühüm olsa da, uşaqların rifahını beynəlxalq mübahisələrdən üstün tutmaq daha vacibdir.

