İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin Tehrana təzyiq göstərərək razılaşma əldə etməyə yönəlmiş strategiyasını uğursuz adlandırıb.
O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Qalibaf ABŞ-nin davranışını “təkrarlanan teatr diplomatiyası” kimi qiymətləndirərək Vaşinqtonu təzyiq vasitəsi kimi qorxutma, yerinə yetirilməyən vədlər və saxta xəbərlərdən istifadə etməkdə ittiham edib.
İran rəsmisi ABŞ tərəfini faktları qəbul etməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
“Bizə artıq teatr lazım deyil”, – deyə Qalibaf vurğulayıb.

