ABŞ Dövlət Departamenti Ukraynaya yeni silah sistemlərinin, o cümlədən M270 MLRS yaylım atəşli reaktiv sistemləri və ATACMS ballistik raketlərinin verilməsi barədə Konqresi məlumatlandırıb.
ABŞ Konqresinin rəsmi sənədlərinə görə, paketə 12 ədəd M270 MLRS buraxılış qurğusu, 2 524 ədəd M26 idarəolunmayan raketi və 47 min ədəd 203 mm-lik M509A1 mərmisi daxildir. Sənədlərdə sursatların bir hissəsinin DPICM tipli kaset döyüş başlıqları ilə təchiz olunduğu göstərilir.
Tədarükün Türkiyə, ABŞ və Bolqarıstanda fəaliyyət göstərən özəl şirkətlər vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Rusiya tərəfi Ukraynaya silah tədarükünə qarşı çıxır və bunun münaqişənin həllinə mane olduğunu bildirir. Rusiya rəsmiləri həmçinin Ukraynaya göndərilən hərbi yüklərin Rusiya Silahlı Qüvvələri üçün legitim hədəf sayıla biləcəyini dəfələrlə bəyan ediblər.

