ABŞ Prezidenti Donald Tramp administrasiyasında yeni kadr dəyişikliyini açıqlayıb.
Trampın sosial şəbəkədə yaydığı məlumata görə, sentyabrın 1-dən Uill Şarf prezidentin köməkçisi və Ağ Evin hüquq məsələləri üzrə müşaviri vəzifəsini icra edəcək.
O, bu postda Devid Uorrinqtonu əvəz edəcək. Uorrinqtonun isə özəl sektora keçəcəyi bildirilib.
Tramp qeyd edib ki, Uill Şarf bundan sonra prezidentə və administrasiya əməkdaşlarına konstitusiya və hüquqi məsələlər üzrə məsləhətlər verəcək, həmçinin fərman, sərəncam və digər normativ sənədlərin hazırlanmasında iştirak edəcək.
Ağ Evin hüquq müşaviri vəzifəsi administrasiyanın qərarlarının hüquqi əsaslandırılmasında əsas rollardan birini oynayır.

