Çinin xarici işlər naziri Vanq Yi Pekində Yaponiya Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) rəhbəri Takeşi İvaya ilə görüşüb.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Vanq Yi Yaponiyanı Tayvan məsələsində mövqeyini dəyişməyə çağıraraq bildirib ki, Tokio tarixdən dərs çıxarmalı və müharibədən sonrakı sülh siyasətinə sadiq qalmalıdır.
O, hazırda Çin–Yaponiya münasibətlərinin ciddi çətinliklərlə üzləşdiyini və münasibətlərin yenidən normallaşdırılmasına ehtiyac olduğunu qeyd edib.
İvaya isə Yaponiya ilə Çin arasındakı hazırkı vəziyyətin narahatlıq doğurduğunu bildirib və Yaponiyanın keçmişdən dərs çıxarmalı olduğunu vurğulayıb.

