İran parlamenti ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxması ilə bağlı təklifi nəzərdən keçirəcək.
Bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad bildirib. Məlumatı Fars agentliyi yayıb.
Nikzadın sözlərinə görə, NPT-dən çıxmaqla bağlı layihə hazırda nəzərdən keçirilir.
“NPT-dən çıxmaqla bağlı layihə nəzərdən keçirilir. Rəsmi şəkildə təqdim edildikdən sonra həmin gün parlamentdə müzakirə olunacaq”, — deyə o bildirib.
O qeyd edib ki, parlament mümkün çıxışın beynəlxalq aspektlərini də araşdıracaq.
Nikzad həmçinin bildirib ki, parlament Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və qurumun hazırkı baş direktoru Rafael Qrossiyə etimad göstərmir. Onun sözlərinə görə, Qrossi yalnız formal yoxlamalar aparır və İranla bağlı mənfi hesabatlar təqdim edir.

