Bakının Qaradağ rayonunda baş verən hadisə ölümlə nəticələnib.
Denmedia.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İlkin Baxışov yaşadığı evdə əsəbiləşərək şüşəni yumruqla sındırıb. Sınan şüşə onun qolunda ağır kəsik yaradıb.
İ.Baxışov xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İlkin Baxışov Vətən müharibəsi qazisi və gənc aşpaz olub. O, Qazaxıstanda fəaliyyət göstərib və təxminən iki ay əvvəl Azərbaycana qayıdıb.

