Puerto-Riko yaxınlığındakı Mona adası ərazisində təxminən 60 nəfərin olduğu gəminin çevrilməsindən sonra Karib dənizində xilasetmə əməliyyatına başlanılıb.
Bu barədə ABŞ Sahil Mühafizəsinin Cənub-Şərq Dairəsi məlumat yayıb.
Xilasedicilərin məlumatına görə, hadisə ilə bağlı siqnal çox sayda insanın suya düşməsindən sonra daxil olub.
Hadisə Mona adasından təxminən 10 mil, yəni 16 kilometr məsafədə baş verib.
Xilasetmə əməliyyatına eyni anda bir neçə qurum cəlb olunub. Axtarış və xilasetmə işlərində ABŞ Sahil Mühafizəsi, ABŞ Gömrük və Sərhəd Mühafizəsinin Hava və Dəniz Əməliyyatları bölməsi, həmçinin Puerto-Riko polisi iştirak edir.

