Sentyabrın 29-da Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrində, həmçinin Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Planlaşdırılan işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

