Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisindən keçən Veyisli–Rəhimli avtomobil yolunda qeydə alınıb.
Denmedia.az xəbər verir ki, rayon sakini, 2004-cü il təvəllüdlü İ.Həmidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Əliağa Əsgərovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

