Yaponiyanın Baş naziri Sanae Takaiçi İrandakı vəziyyətin pisləşməsindən dərin narahatlıq keçirdiyini bildirib.
DenMedia.az xəbər verir ki, bu barədə “Azad iran” məlumat yayıb.
Takaiçi ölkəsinin dinc etirazlara qarşı güc tətbiqinə qarşı olduğunu qeyd edib.
O əlavə edib ki, Yaponiya hökuməti etirazlar zamanı çox sayda etirazçının öldürüldüyü və ya yaralandığı barədə məlumatlar alıb:
“Biz mövcud vəziyyətin ən qısa müddətdə sülh yolu ilə həll olunacağına ümid edirik. Yaponiya İranda yaşayan öz vətəndaşlarının müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”.

