Sabirabad rayonunun Qalağayın kəndində qadın piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az report-a istinadla xəbər verir ki, “Toyota Prado” markalı avtomobil yolu keçən kənd sakini 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadır qızını vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

