Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Onun hazırda xəstəxanada olduğu bildirilir.
Məlumata görə, Ermənistanın Antikorrupsiya Məhkəməsi müstəntiqin vəsatətini təmin edərək Koçaryanın korrupsiya işi çərçivəsində həbs olunmasına qərar verib.
Vəziyyətlə tanış mənbə RİA Novosti-yə açıqlamasında keçmiş prezidentin hələ də xəstəxanada olduğunu düşündüyünü bildirib.
Antikorrupsiya Komitəsi Koçaryanı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almaqda ittiham edir.
1998–2008-ci illərdə Ermənistan prezidenti olmuş Robert Koçaryan bir müddət əvvəl ürəyindən əməliyyat keçirib. Səhhəti pisləşdiyinə görə o, avqustun 26-da axşam saatlarında xəstəxanaya yerləşdirilib.

