ABŞ HIMARS raketlərini Yaponiyada yerləşdirməyi planlaşdırır.
Den.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ Yaponiyanın Nansey adalar silsiləsində və Filippində raket birləşmələrinin yerləşdiriləcəyi hərbi bazalar yaradacaq.
Ancaq bu, Tayvanda gözlənilməz vəziyyət yaranacağı təqdirdə baş verəcək. Qeyd olunur ki, bu addım ABŞ və Yaponiya arasında ilk birgə əməliyyat planına daxil ediləcək. Planın dekabrda hazırlanacağı gözlənilir.
Nansey adalar silsiləsi və “Cənub-Qərb Adaları” Yaponiyanın Kaqosima və Okinava prefekturalarından Tayvana doğru uzanır. Ada bazalarında yerləşdirilməsi planlaşdırılan ABŞ Dəniz Piyadaları Korpusunun Dəniz Sahili Alayı HIMARS raket sistemləri ilə təchiz olunacaq.
Yaponiya Özünümüdafiə Qüvvələrinin yanacaq və sursat da daxil olmaqla, Amerika bölməsinin maddi-texniki dəstəyi ilə məşğul olacağı gözlənilir.
Günəş Fərəh
Den.az
ABŞ HIMARS raketlərini Yaponiyada yerləşdirməyi planlaşdırır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.