20 
mar
2024
15:29
92

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edəcək - Video

20 mar, 2024
15:29
92

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edəcək - Video

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın  23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak edəcək.

Müdafiə Nazirliyindən “Den.az”-a verilən məlumata görə, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pakistanın paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Pakistan Günü münasibətilə keçiriləcək paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar