Sumqayıt şəhər İnternat tipli gimnaziyada "Novruz Çələngi" adlı bayram tədbiri təşkil edilib.
Den.az xəbər verir ki, tədbirdə Novruzun atributları Kosa, Keçəl Bahar qızı və maraqlı nağıl persanajları uşaqların könlünü xoş edib.
Gimnaziyanın rəsm dərnəyinin üzvlərinin "Novruz" rəsm sərgisi keçirilib.
Təhsil müəssisəsinin bayramsayağı bəzədilmiş həyətində keçirilən tədbirin iştirakçılarını təbrik edən Gimnaziyanın direktoru Fəridə Mustafayeva mənşəyi, tarixi kökləri haqqında danışıb. Deyib ki, təbiətin oyanmasının müjdəçisi olan Novruz əsl dünyəvi bayramdır.
Sonda fərqlənən siniflər məktəb rəhbəri tərəfindən diplomlarla təltif olunub.
İnternat tipli gimnaziyada "Novruz Çələngi" adlı Novruz şənliyi təşkil edilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.