Azərbaycanda qəbul imtahanının birinci mərhələsi üzrə qeydiyyat müddəti başa çatır.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 28 aprel saat 10:30-a olan vəziyyətə əsasən I ixtisas qrupu üzrə 31 425, II qrup üzrə 25 867, III qrup üzrə 26 057, IV qrup üzrə isə 6 222 abituriyent qeydiyyatdan keçib. Ümumilikdə 89 571 abituriyent qeydiyyatdan keçib.
Qeyd olunur ki, qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetlərinə daxil olaraq imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər.
İmtahanlarda yalnız göstərilən müddətə qədər qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə biləcəklər.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi 24 may tarixində II və III qruplar, 7 iyun tarixində isə I və IV qruplar üzrə keçiriləcək.
III ixtisas qrupu üzrə müəyyən altqrupu seçən abituriyentlər üçün isə coğrafiya fənni üzrə əlavə imtahan 7 iyun tarixində baş tutacaq.

