Azərbaycanda I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeydiyyat müddəti 1–8 iyun tarixlərini əhatə edəcək.
İmtahanda yalnız göstərilən müddət ərzində qeydiyyatdan keçən abituriyentlər iştirak edə biləcəklər.
İkinci cəhd üçün qeydiyyat zamanı abituriyentlərə birinci imtahanda seçdikləri ixtisas qrupunu dəyişmək imkanı da verilir.

