Universitetlərdə xarici dil müəllimliyi ixtisasları üzrə plan yerlərinin sayında azalma müşahidə olunur.
Denmedia.az “xezerxeber.az”a istinadən xəbər verir ki, ingilis, alman və fransız dili müəllimliyi üzrə yerlərin azalması təkcə paytaxtda deyil, region universitetlərində də qeydə alınır. Bəzi ali təhsil müəssisələri bu faktı təsdiqləyib.
Təhsil ekspertlərinin sözlərinə görə, əsas məqsədlərdən biri daha keyfiyyətli kadr hazırlığının təmin edilməsidir.
Ekspert Rizvan Fikrətoğlu bildirib ki, plan yerlərinin azalmasına təhsil müəssisələrində bu istiqamət üzrə tələbatın zəifləməsi də təsir göstərir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi plan yerlərinin sayı ilə bağlı qərar qəbul etmir. Bu göstərici ali təhsil müəssisələri tərəfindən müəllim ştatı və maddi-texniki imkanlar nəzərə alınmaqla müəyyənləşdirilir.

