Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunub.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı Azercell, Bakcell və Nar mobil operatorları vasitəsilə öyrənə bilərlər.
Bunun üçün “iş nömrəsi”ni 7727 qısa nömrəsinə göndərmək kifayətdir.

