Avqustun 27-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə 10-cu sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az. vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, 2–9-cu və 11-ci sinif şagirdlərinin 2026–2027-ci tədris ili üzrə elektron yerdəyişməsi avqustun 20-dən davam edir.

