Sumqayıt məktəbliləri respublika fənn olimpiadalarında uğur qazanıblar..
Bu barədə Sumqayıt təhsil sektorunun müdiri İman Ağayev keçirilən təhsil konfransında məlumat verib.
Bildirib ki, Respublika Fənn Olimpiadalarının nəticələrinə əsasən Sumqayıt şəhərinin məktəbləri yüksək göstəricilərlə fərqlənib.
Nəticələrə əsasən, Təbiət Elmləri Təmayüllü Gimnaziya 15 nəticə ilə birinci, 23 nömrəli tam orta məktəb 11 nəticə ilə ikinci olub. Texniki və Təbiət Elmləri Liseyi 4, 31 nömrəli məktəb 3, 24 və 27 nömrəli məktəblər isə 2 nəticə göstərib. 1, 11 və 35 nömrəli məktəblərin hər biri 1 nəticə əldə edib.
Ümumilikdə Sumqayıt məktəblərinin Respublika Fənn Olimpiadalarında 40 nəticə göstərməsi şəhərdə təhsilin və şagirdlərin elmi potensialının inkişafı baxımından olduqca sevindirici göstəricidir.
Bu nəticələr həm şagirdlərin, həm də onları olimpiadalara hazırlayan müəllimlərin əməyinin bariz nümunəsidir.










Denmedia.az

