12 
apr
2024
19:35
202

"Türkiyə-ABŞ münasibətlərində çatlar dərinləş" - Ankara hansı addımları atacaq?

12 apr, 2024
19:35
202

"Türkiyə-ABŞ münasibətlərində çatlar dərinləş" - Ankara hansı addımları atacaq?

"Dövlət Departamenti Türkiyəyə F-16 təyyarələrinin satışına etiraz etmir". Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Biz öz tərəfimizdən F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Ancaq Konqresdə satışın yalnız Türkiyənin İsveçin NATO-ya daxil olmasını təsdiqlədiyi təqdirdə mümkün olacağına qərar verən insanlar var. Biz də Türkiyəni bunu mümkün qədər tez etməyə çağırırıq”, - Miller bildirib. Ancaq indiki məqamda bu, mümkün deyil. Çünki İsveç Türkiyə qarşısındakı öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. ABŞ-ın "F-16" məsələsindəki davranışı isə heç bir məntiqə sığmır.

Mövzunu "Den.az"a şərh edən politoloq Tural İsmayılov bildirib ki, ABŞ-ın Türkiyəyə münasibəti heç vaxt səmimi olmayıb: "Buna görə də, "F-16" mövzusunda hər zaman manipulyasiyaya yol verilib. Nəzərə almaq lazımdır ki, Türkiyənin NATO üzvülüyü ABŞ-ın rəsmi Ankara qarşısında əlavə öhdəliklərini yaradır. Ancaq biz indiyədək görmüşük ki, Vaşinqton bu məsələdə nəinki səmimi davranır, əksinə Türkiyənin axtarışa verdiyi FETO-çular ABŞ ərazisində gəzirlər və bizneslə məşğuldurlar. NATO-da öz tərəfdaşı olan ölkənin bütün tələblərinə rəğmən ABŞ FETO-çuları Türkiyəyə təhvil vermir. Digər tərəfdən, Türkiyəyə qarşı separatçılıq ideyalarını yayan PYD-YPG və PKK ilə bağlı mövzularda da, ABŞ təəssüf ki, bəşəri dəyərlər mövqeyindəın çıxış etmir. Bu da Türkiyə-ABŞ münasibətlərindəki çatları hər keçən gün daha da dərinləşdirir."Politoloqun sözlərinə görə, baş verən hadisələr fonunda ABŞ Türkiyə ilə bağlı danışıqlarda faktiki olaraq "F-16" mövzusunu manipulyasiya etməyə çalışır: "Türkiyənin İsveçin NATO-ya üzvülüyü ilə bağlı prinsipial mövqeyi var. Məsələn, Finlandiya Türkiyə ilə "centelmen sazişi" nə uyğun olaraq diplomatik norma və etiketlərə uyğun davrandı. Türkiyə isə Finlandiyanın NATO üzvülüyünə razılıq verdi. Amma İsveçin üzərinə götürdüyü öhdəliklər yarımçıq qalıb. İsveç hələ də terrorçuları Türkiyəyə təhvil vermir. Əksinə Türkiyəni təhdid edən şəxslər İsveç ərazisinə sığınır. Belə olan təqdirdə bu məsələdə mütləq şəkildə prinsipiallıq olmalıdır. Prinsipiallıq ondan ibarətdir ki, Türkiyəyə qarşı təxribatlara son qoyulmalı və ABŞ "F-16" mövzusunu alver predmetinə çevirməməlidir".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar