"İranın Prezidenti və Xarici İşlər Nazirinin helikopter qəzasında həlak olmasının İranın xarici siyasətinə ciddi təsir edəcəyini düşünmürəm".
Bu fikiri "Den.az"a açıqlamasında politoloq Əlimusa İbrahimov səsləndirib. O bildirib ki, ölkə Prezidentin deyil, Ali dini rəhbərin nəzarəti altında idarə olunurdu:
"Növbəti Prezident də Xomeneyinin əmr və tapşırıqlarını icra etməklə öz vəzifəsini yerinə yetirmiş olacaq. Rəisinin həlak olması gələcəkdə Ali dini liderin yerinə namizəd olanların sayının bir nəfər azalması deməkdir. Çünki artıq onun Dini lider olmaq üçün güclü şansı olduğunu qeyd edirdilər. Rəisi baxmayaraq ki, rəhbərlik tərəfindən istiqamətləndirilirdi. O, xarici siyasətdə müəyyən qədər yumşaq gücün tərəfdarı idi və bu kursu irəli aparırdı. Növbəti prezidentin ağır xətt tərfdarı olacağını düşünürəm. Bu da həm İsrail, həm də Amerika ilə münasibətlərin daha da kəskinləşməsi ilə nəticələnə bilər", - politoloq fikirlərini tamamlayıb.
Günəş Fərəh
Den.az
"İranın İsrail və ABŞ-la münasibətləri daha da kəskinləşə bilər" - ŞƏRH

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.