"İranda keçiriləcək ikinci tur prezident seçkilərinin nəticələrini indidən bilmək olar. İranın dövlət aparatı Ali dini rəhbər S. Ə. Xameneinin müşaviri və dəstək verdiyi, mühafizəkarların namizədi Səid Cəlilidir. SEPAH nəzarətində olan medialar S.Cəlilin təbliğatına böyük yer verib. Əslən azərbaycanlı olan M. Pezeşkiana verilən rolu yüksək məharətlə yerinə yetirmiş oldu. Buna baxmayaraq Guney azərbaycanlilar seçkidə kütləvi iştirak etmədi. Çünki eyni sistemin namizədləri Ali Dini rəhbərə tabedir".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Məhəmməd ƏSədullazadə səsləndirib. O bildirib ki, paniranist dairələr İslahatçıların namizədi M. Pezeşkiana qarşı kütləvi informasiya vasitələrində anti-təbliğat aparır.
"Onu panturkistlikdə iddiham edirlər və sistemin dəyərlərinə zidd siyasi açıqlamalar verdiyini önə çəkirlər. Birinci turda daha çox səs toplayan M. Pezeşkian, ikinci turda S. Cəliliyə qalib gələ bilər. Amma, onun qələbəsi hakim siyasi sistem tərəfindən tanınmayacaq. Seçkidən əvvəl, prezidentlik iki fiqurun üzərində gedirdi. İran parlamentinin sədri Qalibaf və S. Cəlili. Görünür, ali dini rəhbər daha çox öz müşavirinə etimad edərək onun üzərində dayandı. İranda seçkinin nəticələrinə etiraz aksiyaları gözlənilmir. Çünki bundan öncəki kütləvi etiraz aksiyaları keçirilməsinə baxmayaraq hakimiyyət tərəfindən güc tətbiq edilməklə yatırıldı. İyulun 5-də mühafizəkar qanadın namizədi S. Cəlili İranın növbəti prezidenti olacaq. S.Cəlili əsasən xarici siyasətlə məşğul olacaq. Yaxın Şərqdə mürəkkəb bir hərbi-siyasi böhran və İrana qarşı sanksiyalar, nüvə proqramı üzrə aparılan danışıqlar S. Cəlili üçün prioritet olacaq. İranla Azərbaycan arasında əlaqələrə gəldikdə, bu yeni siyasi konfiqurasiyaya uyğun olaraq davam edəcək".
Günəş Fərəh
Den.az