Hindistan, bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlyüz qapısını bağlayaraq Hind çayından Pakistana gedən suyu kəsib.
Bu barədə Den.az xəbər verir ki, ANI News xəbər agentliyi məlumat yayıb.
Hadisə, 1960-cı ildə iki ölkə arasında siyasi gərginlikdən asılı olmayaraq su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind-Pakistan Su Müqaviləsi imzalanandan bəri görünməmiş bir hadisədir. Aprelin 24-də Pakistan, Hindistanın Hind çayından su axınını dayandırmaq cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.