Sabirabad rayonunun Muğan Gəncəli kəndində evdə baş verən yanğında ölən bir ailənin 4 üzvü dəfn olunub.
Den.az Teleqraf-a istinadən xəbər verir ki, Tural İmanov, həyat yoldaşı, Safalı İmanova, övladları Osmanbəy və Esma doğulduqları kənddə torpağa tapşırılıblar.
Qeyd edək ki, iyunun 3-dən 4-ə keçən gecə baş vermiş hadisə nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, övladları 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı həyatını itirib.
Teleqraf yanğında ölən ailənin fotolarını təqdim edir: