İranın raket hücumları nəticəsində İsrailə dəymiş ziyan təxminən 3 milyard dollar dəyərində qiymətləndirilir.
Den.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, zərərin məbləğinə raket və qəlpə zərbələri nəticəsində zədələnmiş binaların bərpası və yerli biznesə ödənilən kompensasiyalar daxildir.
İsrail Vergilər İdarəsinin rəhbəri Şay Axaronoviç baş verənləri ölkənin tarixində ən böyük sınaq adlandırıb:
“Bu, indiyədək qarşılaşdığımız ən ciddi sınaqdır. İsrail tarixində bu miqyasda dağıntı olmayıb”, – deyə o bildirib.