Rusiya Hindistanın gəmi əsaslı zenit-raket komplekslərinin (SAM) modernizasiyasına yardım göstərirmiş.
Den.az xəbər verir ki, bu barədə “Rosoboroneksport” şirkəti məlumat yayıb.
Məlumata görə, söhbət 1990-cı illərin sonlarından etibarən Rusiya tərəfindən Hindistana freqatlar üçün tədarük edilən “Kəşmir” zenit-raket qurğularının təkmilləşdirilməsindən gedir.
Modernizasiya işləri tamamlandıqdan sonra “Kəşmir” kompleksləri yalnız standart döyüş sursatı deyil, həm də Talvar və Şivalik sinifli freqatlarda istifadə olunan “Ştil-1” hava hücumundan müdafiə sistemləri üçün uyğunlaşdırılmış maili buraxılışlı yeni idarə olunan raketlərdən istifadə edə biləcək.
Qeyd edək ki, bu ilin iyul ayında “Rosoboroneksport” Hindistan Hərbi Dəniz Qüvvələrinə yeni Project 11356 Tamal sinifli freqatın təhvil verildiyini də açıqlamışdı.Globalinfo.az