Noyabrın 24-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra rayonlarında güclü külək gözlənildiyindən sarı və narıncı xəbərdarlıq elan edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8–28,4 metrədək güclənəcəyi gözlənilir.
Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Həmin ərazilərdə cənub-qərb küləyinin sürəti saniyədə 13,9–20,7 metr təşkil edəcək.

