Azərbaycan Prezidenti İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Denmedia.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Əziz Prezident Donald Tramp, ‘Trump Route for International Peace and Prosperity’ (TRIPP) layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər.
Donald Tramp layihənin həyata keçirilməsi istiqamətində əməkdaşlığa görə İlham Əliyevə və Nikol Paşinyana minnətdarlığını bildirib.

