Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç ölümlə hədələndiyini bildirib.
Denmedia.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Vuçiç bu barədə “Pink” telekanalının efirində danışıb.
“Dünən ölümlə hədələndim. Mənə aydın və birmənalı mesaj çatdırıldı: məni aradan götürəcəklər”, – deyə sabiq prezident bildirib.
Vuçiçin sözlərinə görə, təhdidlər “Vraçar klanı” kimi tanınan cinayətkar qruplaşmanın üzvlərindən gəlib. O, həmin qruplaşmanın hazırkı hakimiyyətlə əlaqəli olduğunu iddia edib.
Sabiq prezident polisə də etimad göstərmədiyini vurğulayıb. Onun fikrincə, hüquq-mühafizə orqanları cinayətkar qruplaşmalara qarşı lazımi tədbirlər görmədiyi üçün polisə müraciət etməyin mənası yoxdur.

