Avropa Komissiyası bu gün, noyabrın 23-də Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim etməyi planlaşdırır.
Denmedia.az Polşanın “TVP World” telekanalına istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksəkvəzifəli Avropa rəsmisi məlumat verib.
Mənbənin sözlərinə görə, yeni məhdudiyyətlərə dair təkliflərin günün ikinci yarısında elan olunacağı gözlənilir.
Bundan sonra sanksiya paketi Avropa İttifaqına üzv ölkələrin səfirləri səviyyəsində razılaşdırılmalı, daha sonra isə Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir.
Qeyd edək ki, Avropa Komissiyası daha əvvəl Rusiyaya qarşı 22-ci sanksiya paketinin layihəsini noyabrın sonunadək təqdim etməyi və yeni məhdudiyyətlərin ilin sonunadək qüvvəyə minməsini təmin etməyi planlaşdırdığını bildirmişdi.

