Rusiya prezidenti Vladimir Putin 1990-cı illərdə Sankt-Peterburq meriyasında işlədiyi dövrdə baş verən bir hadisəni xatırladıb.
Den.az xəbər verir ki, o, bu barədə jurnalist Pavel Zarubinlə söhbətində danışıb.
Putin bildirib ki, həmin dövrdə Sankt-Peterburqa səfər edən ABŞ nümayəndə heyətinin üzvlərindən biri Rusiya sərhədçisinə qarşı kobudluq edib.
“Həqiqətən hansısa nümayəndə heyəti Sankt-Peterburqa gəldi və bu nümayəndə heyətinin üzvlərindən biri sərhədçi ilə çox kobud rəftar etdi. Mən bunu tamamilə qəbuledilməz hesab etdim”, – deyə Rusiya lideri qeyd edib.
Putinin sözlərinə görə, nümayəndə heyəti protokola uyğun şəkildə qəbul olunsa da, o, şəxsi münasibət qurmamağa qərar verib:
“Əlbəttə, biz bu nümayəndə heyətini qəbul etməkdən imtina etmədik, onlarla tələb olunduğu kimi işlədik, hər şey protokolda nəzərdə tutulduğu kimi, sadəcə olaraq, onlarla əlaqə saxlamadım”, – deyə prezident əlavə edib.