Rusiya Prezidenti Vladimir putin illik tibbi müayinəsinin nəticələri ilə bağlı aşıqlama verib.
DenMedia.az xəbər verir ki, “Abzats” Teleqram kanalı məlumat yayıb.
Dövlət başçısı “Süni intellekt dünyasına səyahət” adlı konfransda bildirib ki, müayinə iki günə yaxın davam edib və o, bu müddətdə gecəni tibbi müəssisədə keçirib.
“Mən bir müddət əvvəl ora günorta getdim, ertəsi gün çıxdım. Allaha şükür, hər şey qaydasındadır”, – deyə bildirib.
Prezident əlavə edib ki, illik sağlamlıq yoxlamaları onun üçün adi prosedurdur:
“Biz mütəmadi olaraq həkimdən keçirik. Hər il yoxlamamız olur”.

