Time jurnalının yazdığına görə, Tehranın altı xəstəxanasında etirazçılara qarşı açılan atəş nəticəsində yaralanan ən azı 217 nəfər həyatını itirib. Hadisələr İran paytaxtının mərkəzində baş verib.
Məqalədə qeyd olunur ki, bu faciəvi olaylar 8 yanvar axşamından etibarən ölkədə internet və telefon rabitəsinin demək olar ki, tamamilə kəsildiyi bir vaxtda baş verir. Rabitənin bloklanması məlumat axınını ciddi şəkildə məhdudlaşdırıb və vəziyyətin real miqyasını müəyyənləşdirməyi çətinləşdirir.

