The Guardian yazır ki, Venesueladan sonra ABŞ-ın növbəti hədəfləri İran və Danimarka ola bilər. Nəşrin qeyd etdiyi kimi, Venesuelada bir gecə ərzində baş verən hadisələr İran və Danimarka kimi ölkələrin hökumətlərində ciddi narahatlıq yaradıb.
Materialda bildirilir ki, ABŞ Prezidenti Donald Trump daha əvvəl bu ölkələrlə bağlı radikal addımlar atmağa hazır olduğunu açıq şəkildə bəyan edib. Xüsusilə vurğulanır ki, Tramp son günlər İranda hökumət əleyhinə etirazçılara dəstək verməyə hazır olduğunu dəfələrlə dilə gətirib.
Bundan əlavə, məqalədə qeyd olunur ki, amerikalı rəsmilər Qrenlandiyanın istənilən vasitə ilə ələ keçirilməsi ilə bağlı hədələr səsləndirməkdən çəkinmirlər. Nəşrin fikrincə, bu cür bəyanatlar beynəlxalq arenada gərginliyi daha da artırır.

