ABŞ-ın hərbi əməliyyatı nəticəsində 83 nəfər həlak olub. Bunu ölkənin müdafiə naziri Vladimir Padrino Lopes bildirib. Ölənlər arasında azı 47 Venesuela hərbçisi var. Bu barədə Primicia portalı məlumat yayıb.
“Bizimlə birlikdə olan 32 kubalı yoldaş da 83 həlak olanlar arasında idi və 112-dən çox yaralıya tibbi yardım göstərmişik,” — deyə Padrino qeyd edib.

