Cenevrədə Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların ikinci günü başlayıb. Görüşlər qapalı formatda keçirilir. Bu barədə RBK məlumat yayıb.
İlk mərhələ fevralın 17-də başa çatıb və mətbuat üçün qapalı olub. Müzakirələr həm ikitərəfli, həm də üçtərəfli formatda aparılıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlarda “əhəmiyyətli irəliləyiş” olduğunu bildirib və tərəflərin ölkə rəhbərlərini məlumatlandıraraq razılaşma üzərində işi davam etdirməyə razılaşdıqlarını deyib.
Eyni zamanda, jurnalist Barak Ravid danışıqlarda “dalana dirənmə” olduğunu yazıb.

