İran uranın zənginləşdirilməsinin tam dayandırılmasına və mövcud ehtiyatların ölkə xaricinə çıxarılmasına razı olmayacaq. Bu barədə Al Alam telekanalı yüksək vəzifəli iranlı məmura istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tehran bu məsələdə geri addım atmaq niyyətində deyil və bunu suveren hüquq kimi qiymətləndirir.
Eyni zamanda, Al Jazeera-nın məlumatına əsasən, İran ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsini məhdud müddətə dondurmağı təklif edib.
“Təklifimizdə qeyd olunur ki, zənginləşdirmə bizim suveren hüququmuzdur və biz bu prosesi müəyyən müddət üçün müvəqqəti dayandırmağı təklif edirik”, – deyə mənbə bildirib.

