Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə Türkiyə liderinin “X” hesabında paylaşım edilib.
Ərdoğan paylaşımında həlak olan azərbaycanlı bacı və qardaşların xatirəsini dərin hüzn və mərhəmətlə andığını, qardaş Azərbaycan xalqına başsağlığı verdiyini bildirib. O vurğulayıb ki, bu qeyri-insani akt heç vaxt unudulmayacaq və faciənin ağrısı daim ürəklərdə qalacaq.


