Rusiya tərəfi 1000 ukraynalı hərbçinin cəsədini Ukraynaya təhvil verib.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski özünün Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, qarşılıqlı mübadilə çərçivəsində Rusiyaya isə 35 rus hərbçisinin cəsədi təhvil verilib.
“Ukraynaya 1000 həlak olmuş ukraynalı hərbçinin cəsədi verilib. Rusiyaya isə 35 rus döyüşçüsünün cəsədi qaytarılıb,” – deyə Medinski bildirib.

