İranın Fransadakı səfiri Məhəmməd Aminnejad yeni ali lider Müctəba Xameneyinin sağ və təhlükəsiz olduğunu bildirib.
O, bu barədə BFMTV telekanalına müsahibəsində danışıb.
“Əlbəttə, o sağ və salamatdır. Onu gizlətməyə ehtiyac yoxdur,” — deyə səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, İran rəhbərliyi bunkerə sığınmır və gizlənmir.
“İran liderləri gizlənmir, o, adi insan kimi yaşayır,” — deyə Aminnejad əlavə edib.

