ABŞ və İsrail İranın yalnız yerüstü obyektlərini məhv edə bilib, əsas arsenal isə yeraltında gizlədilib. Bu barədə Massaçusets Texnologiya İnstitutunun professoru Teodor Postol politoloq Glenn Dizenin YouTube kanalında bildirib. Onun sözlərinə görə, vəziyyət İranın xeyrinə formalaşır. Bu, ölkənin böyük əraziyə malik olması ilə izah olunur. Ekspert qeyd edib ki, vurulan zərbələr əsasən yerüstü obyektlərə dəyib, halbuki Tehranın cavab imkanları yeraltında yerləşir. Postol vurğulayıb ki, İran öz obyektlərini tunellər şəbəkəsində “çox ağıllı şəkildə” qurub. “Hətta tunelin girişinə zərbə endirilsə belə, bu, hərbi obyektin özünü mütləq məhv etmir. Bu, İsrail və ABŞın qarşılaşmağa davam edəcəyi real problemdir. Bu yeraltı tunelləri məhv etmək sadəcə mümkün deyil,” — deyə professor bildirib.
Professor İsrail və ABŞ üçün müharibədə “real problemi” açıqladı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

