Hazırda ABŞ hakimiyyəti İranla yeni danışıqlar mərhələsinin keçirilməsi ilə bağlı konkret məlumat verə bilmir. Lakin görüş məsələsi müzakirə olunur. Bu barədə Ağ Evin nümayəndəsi Kerolayn Levitt bildirib.
“Yeni mümkün üzbəüz görüşlərlə bağlı məlumatlar görmüşəm. Bu məsələ müzakirə olunur, lakin Ağ Ev tərəfindən rəsmi açıqlanmayana qədər heç nə yekun sayılmır. Bununla belə, razılaşma əldə olunması üçün perspektivlər görürük,” — deyə Kerolayn Levitt brifinqdə qeyd edib.
Levitt əlavə edib ki, İslam Respublikası ilə danışıqların yeni mərhələsinin ehtimal ki, Pakistanın İslamabad şəhərində keçirilməsi planlaşdırılır.

