İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, ölkə İranla müharibəni davam etdirməyə hazırdır və Vaşinqtonun qərarını gözləyir.
Onun sözlərini EFE agentliyi yayıb.
“Biz ABŞ-dan yaşıl işıq gözləyirik ki, Xamenei hakimiyyətini tam aradan qaldıraq və İranı tamamilə zəiflədək.”
Nazir qeyd edib ki, İsrail Müdafiə Ordusu həm müdafiə, həm də hücum əməliyyatlarına hazır vəziyyətdədir və qarşıya qoyulan məqsədlər artıq müəyyənləşdirilib.

