İsrail Müdafiə Ordusu (SAXAL) İrana qarşı döyüş əməliyyatlarını yenidən başlamağa hazırdır.
Bunu qurumun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib.
Onun sözlərinə görə, İran əvvəlki kimi güclü deyil və xeyli zəifləyib:
“İran artıq əvvəlki kimi deyil, daha zəifdir və İsrail lazım gələrsə, istənilən an genişmiqyaslı döyüş əməliyyatlarına qayıtmağa hazırdır.”
Zamir əlavə edib ki, SAXAL-ın İrana qarşı müharibədə əldə etdiyi nəticələr misli görünməmiş və tarixi xarakter daşıyır.

