İran rəsmisi ABŞ-a sərt mesaj verdi — “sümüklərini sındıra bilərik”.
İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi sosial şəbəkədə paylaşım edərək ölkəsinin gücünü vurğulayıb.
“İran vahid, birləşmiş və həmrəydir. ABŞ isə qarışıqlıq içindədir və ardıcıl strateji səhvlər edir.”
Rzayi bildirib ki, İranın hərbi gücü və xalqın birliyi sayəsində ABŞ-a ciddi zərbə endirmək mümkündür.
“İranın igid oğullarının güclü əli və xalqın birliyi ilə Amerikanın sümüklərinin qırılma səsi bütün dünyaya yayılacaq.”

