İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzade ölkəsinin ABŞ və İsraillə müharibədə atəşkəsə razı olmayacağını bəyan edib.
Bu barədə SNN məlumat yayıb.
“Heç kim atəşkəsdən danışmır. Qələbə rıçaqları İranın əlindədir və bu müharibənin sonunu biz müəyyən edəcəyik”, — deyə Cəlalzade bildirib.
Onun sözlərinə görə, Tehran “ədalətli nəticə” əldə olunana qədər mübarizəni davam etdirməyi planlaşdırır.
İran tərəfi müharibənin nə vaxt və hansı şərtlərlə bitəcəyinə yalnız özünün qərar verəcəyini vurğulayıb.

