İsrailin Qüdsdən qərbdə yerləşən Beyt Şemeş şəhəri yaxınlığında güclü partlayış baş verib. Bu barədə Times of Israel məlumat yayıb.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra yaranan parlaq işıq uzaq məsafədən görünürmüş.
Hakimiyyətin rəsmi məlumatına əsasən, söhbət partlamamış İran raketinin nəzarətli şəkildə zərərsizləşdirilməsindən gedib. Sakinlərə vəziyyətin nəzarət altında olduğu bildirilib.
Fövqəladə xidmətlər hadisə yerinə girişi məhdudlaşdırıblar. Mənbə qeyd edir ki, sakinlərə partlayışla bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.

